Internet Archive

Internet Archive
Loqonun şəkli
URL archive.org
Kommersiya xeyr
Tipi universal elektron kitabxana
Dilləri İngilis
Serverin yeri
Sahibi Bryuster Keyl
Açılma tarixi may 1996[3]
Gəlir
  • 29.414.365 $ (2021)[4]
Mənfəət
  • 4.086.576 $ (2021)[4]
Alexa reytinqi
  • 184 (25 iyul 2021)[5]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İnternet arxivi (ing. Internet Archive) — 1996-cı ildə San-Fransiskoda Bryuster Keyl tərəfindən əsası qoyulmuş qeyri-kommersiya təşkilatı. Arxiv, veb-səhifələrin surətlərini, qrafik materialları, video və audioyazıları, proqram təminatını toplayır. Arxiv, toplanmış materialın uzunmüddətli arxivləşdirilməsini və geniş oxucu kütləsi üçün öz məlumat bazalarına pulsuz giriş hüququ təmin edir. Arxivin bəyan edilmiş məqsədləri — internet texnologiyaları dövründə bəşəriyyətin mədəni-tarixi dəyərlərini qorumaq, elektron kitabxananın yaradılması və dəstəklənməsidir.

2012-ci ilin oktyabrında Arxivdə toplanan materialların ölçüsü 10 petabayta çatdı. 2014-cü ilin oktyabrına olan məlumata görə, Arxivdə 430 milyard veb-səhifə toplanıb.

Arxivin serveri San-Fransiskoda, güzgü serverləri Yeni İsgəndəriyyə kitabxanasındaAmsterdamda yerləşir. 2007-ci ildən Arxiv hüquqi olaraq kitabxana statusuna malikdir.

  1. https://archive.org/about/contact.php.
  2. Google Maps. 2005.
  3. Internet Archive: Bios (ing.).
  4. 1 2 https://projects.propublica.org/nonprofits/organizations/943242767/202233199349312193/full.
  5. https://www.alexa.com/siteinfo/archive.org.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search